Xəbər lenti

Cəlilabadda polis qəzaya düşdü
Ölkə15:47 26.08.2013

Cəlilabadda polis qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

ANS PRESS-in verdiyi məlumata görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Mahir Qürbətovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil prospekt boyu hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad sakini Rəşad Fətəliyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu bildirilir.

Hadisə şahidlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə “VAZ-2106”nın qarşısına yol hamarlayan ekskvatorun çıxması qəzanın baş verməsinə şərait yaradıb.

Qeyd edək ki, “VAZ-2106” markalı avtomoblin sürücüsü Məzahir Qürbətov Cəlilabad rayon polis şöbəsinin əməkdaşıdır. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qaynar.info