Xəbər lenti

Cəlilabadda qeyri-adi buzov doğuldu
Ölkə05:47 19.03.2013

Cəlilabadda qeyri-adi buzov doğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunun Muğan kənd sakini Ərzuman Əliyevin təsərrüfatında maraqlı hadisə baş verib.

Onun təsərrüfatındakı iribuynuzlu heyvanlardan biri qeyri-adi buzov balalayıb. Buzovun başındakı iki qulaqdan savayı onun belində də kiçik qulaqcığı var. Lakin başdakı qulaqlardan fərqli olaraq, buzovun üçüncü qulaqcığının ölçüsü nisbətən kiçikdir. Buzov bu qulağı yaxşı hərəkət etdirə bilmir. Tam sağlam olan buzovun qidalanması da normaldır.

Mütəxəssislərin fikrincə, təbiətdə buna oxşar hadisələr irsi dəyişkənlik nəticəsində baş verən anomal proseslərdəndir. Bu kimi hallar ekoloji tarazlığın pozulması nəticəsində yaranır.

AzərTAc