
Cəlilabad rayonunda meşə massivində "yaşıl soyqırım" yaşanır.
"Ağaclar qırılaraq satılır, hər gün iri yük maşınları ilə daşınaraq başqa rayonlara, həmçinin rayondakı şəxslərə verilir. Bunu meşədə gördüklərmizə əsasən tam əminliklə deyə bilərik".
Bu barədə Qaynar.info-ya Cəlilabad rayonundan daxil olan məlumatda bildirilir. Məlumata görə, rayonun Şatırlı kəndində eydi adlı meşə massivində iri palıd ağacları elektrik mişarları ilə doğranaraq satışa çıxarılır. Artıq Saştırlı meşəsinin avtomobil işləyə biləcəyi hissələrində bütün nəhəng pald ağacları kəsilib.
Yerli sakinlərin sözlərinə görə, meşənin bəzi gizli ərazilərndə qeyri-qanuni odun karxanaları da fəaliyyət göstərir. İri tonnajlı yük maşınları günün müxtəlif saatlarında həmin əraziyə daxil olaraq doğranmış hazır odunları daşıyaraq qara bazara çıxarır.
"Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi problemlə bağlı heç bir tədbir görmür. Əksinə, elə meşələrin qırılmasına sözügedən idarə rəhbərlik edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə rayon şöbəsinin bu qanunsuz əməllərinə göz yumur, bu problemlərin mətbuatda işıqlandırılmasına, ümimiyyətlə, ictimailəşməsinə əngəl yaradır. Meşə gözətçiləri isə onlara satış üçün müəssisədən göstəriş verildiyini deyir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, rayon sakinləri meşə massivində baş verənlərlə bağlı Qaynar.info-ya videoçəkiliş də göndəriblər. Həmin videogörüntünü oxuculara təqdim edirik.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.