Xəbər lenti

Cəlilabadda sürüşmə təhlükəsi: Sakinlər təşvişdə - FOTO
Ölkə11:23 02.03.2017

Cəlilabadda sürüşmə təhlükəsi: Sakinlər təşvişdə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Torpaq layları evlərə doğru axın edir.

Qarın sürətlə əriməsi Cəlilabad rayonundakı sürüşmə zonalarındakı aktivliyi xeyli artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidəki bır neçə ev hazırda təhlükə ilə üz-üzədir. İstiPress-in Cənub bürosunun məlumatına görə, artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinləri deyir ki, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.

Kənd üçün digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsidir.

Cəlilabad rayon FHK sədri Vidadi Dövlətov bildirib ki, ərazidəki sürüşmə ilə bağlı Ekologiya və Təbii sərvətlər nazirliyinə, FHN-nə məlumat verilib. Mütəxəssislər qrupu əraziyə baxış keçirdikdən sonra əlaqədar qurumlar tərəfindən məsələyə baxılacaq.

Qaynar.Az