Xəbər lenti

Cəlilabadda üç uşaq suda boğularaq öldü
Ölkə17:31 08.06.2021

Cəlilabadda üç uşaq suda boğularaq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda bədbəxt hadisə olub.
Qaynarinfo xəbər verir ki, hadisə Gülməmmədli kəndində baş verib. 
Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən üç azyaşlı oğlan suya yıxılaraq boğulub. 
İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub. 
Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.