Xəbər lenti

Cəlilabadda yeni tarix üzə çıxdı (VİDEO)
Ölkə18:33 03.01.2019

Cəlilabadda yeni tarix üzə çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapılıb.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib. 10 kq-a yaxın çəkisi olan maddi-mədəniyyət nümünəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.
Tarixçilərin sözlərinə görə, bu bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaqulu düz xətlərin çəkilməsidir.
İlkin araşdırmalar zamanı tapıntının 3 min ildən çox yaşı olduğu məlum olub. Mütəxəssislərin sözlərinə görə, daş fiqur Cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır. Sözügedən maddi-mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inacları, eləcə də dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.
Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik ələtlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.