Xəbər lenti

Cəlilabadda zəncirvari qəza: 3 yaralı
Ölkə16:30 19.01.2014

Cəlilabadda zəncirvari qəza: 3 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 19-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun  Uzuntəpə kənd sakini Famil Əlifağa oğlu Ağayev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən  idarəetməni itirərək əks istiqamətdən gələn, həmyerlisi Zəkəriyyə Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. 

 Toqquşmadan sonra “VAZ-2107” digər Cəlilabad rayon sakini Vüsal Nağıyevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib, eləcə də sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Qaynar.info