Novruz bayramı Cəlilabad rayonunun daha bir kəndinə qaz verilib. Qaynar.info xəbər verir ki, 2000-ə yaxın əhalisi olan Həziabad kəndinə mavi yanacağın verilməsinə başlanılıb.
366 abonenti olan kənddə 23548 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib. 366 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılış mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 42 kəndi təbii qazla təmin olunub. Sonda başçı rəmzi məşəli alovlandırıb və mavi yanacağın evlərə verilməsinə baxış olub
Qaynar.info



