Xəbər lenti

Cəlilabadın sabiq icra başçısının həbsi barədə məhkəməyə təqdimat verildi
Ölkə12:05 09.12.2020

Cəlilabadın sabiq icra başçısının həbsi barədə məhkəməyə təqdimat verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.
"Report”un əldə etdiyi məlumata görə, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 7-də hüquq mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçidiyi, icra başçısı və digər vəzifəli şəxslərin həbs edilməsi barədə mediada xəbər yayılıb.