Xəbər lenti

İdman 11:21 29.07.2023

"Çelsi" Abramoviçin dövrünə görə 10 milyon avro cərimələndi

"Çelsi" UEFA tərəfindən 10 milyon avro cərimə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

London klubu özü müəyyən edib ki, natamam hesabatlar təqdim etməklə lisenziyalaşdırma və maliyyə fair-play qaydalarını pozub. UEFA-nın bəyanatında deyilir ki, 2022-ci ildə klubun mülkiyyətçi dəyişikliyindən sonra yeni sahibi əvvəlki sahiblər tərəfindən potensial az məlumat vermə hallarını müəyyən edib və bu barədə təşkilata özü məlumat verib. Sözügedən faktlar 2012-2019-cu illər arasındakı əməliyyatlara aiddir.

UEFA "Çelsi" ilə barışıq sazişi bağlamaq qərarına gəlib. Vəziyyəti tam həll etmək üçün londonlular 10 milyon avro cərimələnib.

2022-ci ilin yazında rusiyalı iş adamı Roman Abramoviç "Çelsi”ni satıb. Klubun yeni sahibi Todd Boulinin rəhbərlik etdiyi konsorsiumdur.

Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb. O vaxtdan London klubu 5 dəfə İngiltərə Premyer Liqasının (APL), 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Liqasının, 5 dəfə İngiltərə kubokunun, 3 dəfə İngiltərə kubokunun qalibi olub. O, klubu 2022-ci ildə satıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->