Xəbər lenti

Cəmil Həsənli: "Bu gün Bakı ŞİH-dən cavab gözləyirik" - AÇIQLAMA
Ölkə10:54 11.12.2013

Cəmil Həsənli: "Bu gün Bakı ŞİH-dən cavab gözləyirik" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi Demokratiq Qüvvələrin Milli Şurası dekabr ayının 15-də mitinq keçirməklə bağlı qərar verib.

Qaynar.info xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Müraciətdə Yasamal Rayonunda yerləşən “Məhsul” stadionunda, Nəsimi Rayonu 1-ci mkr-da Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydançada, “Ulduz” metro stansiyası qarşısındakı Araz küçəsindəki parkda, Binəqədi Rayon Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışında və  ya Nərimanov Rayonunda yerləşən Nərimanov parkda mitinq keçirmək üçün icazə istənilib. 

Mitinqin keçirilməsinə 11 gün qalsa da, Bakı ŞİH hələ də Milli Şuranın müraciətinə cavab verməyib. Məsələ ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxladıq. 

C.Həsənli Qaynar.info-ya açıqlamasında bildirdi ki, bu gün Bakı ŞİH cavab veriləcəyi gözlənilir.

"Əgər icazə verilməszə, Milli Şura icazəsiz mitinq keçirəcəkmi?" sualına isə C.Həsənli belə cavab verib: "Hazırda ölkədə olmadığım üçün bu barədə dəqiq nəsə deyə bilmərəm. Bakı ŞİH-nin cavabına uyğun olaraq Milli Şura bu məsələ ilə bağlı qərar verəcək. Əgər icazə verilməzsə, alternativ yollardan istifadə Milli Şuranın qərarından asılı olaraq müəyyənləşəcək"

Qaynar.info