Xəbər lenti

Cəmil Həsənlinin bacısı oğlu işdən çıxarıldı
Ölkə11:29 06.11.2013

Cəmil Həsənlinin bacısı oğlu işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Bakı Dövlət Universitetinin tarix fakültəsində işləyən bacısı oğlu Nəsimi Rzayev işdən çıxarılıb. 

Bu barədə musavat.com-a universitetdəki mənbələrdən məlumat daxil olub. Onun işdən çıxarılmasının səbəbinin dayısı C.Həsənlinin siyasi mövqeyi ilə bağlı olduğu bildirilir. 

Mənbənin bildirdiyinə görə, N.Rzayevin qanunsuz işdən azad edilməsindən fakültənin müəllimləri narazı qalıb, etiraz ediblər, ancaq fakültənin dekanı göstərişin yuxarıdan gəldiyini bildirib.

musavat.com