Xəbər lenti

Cəmil Həsənlinin bacısı oğlu: "Dərslərimi almaq əmri verilmişdi" - AÇIQLAMA
Ölkə10:27 07.11.2013

Cəmil Həsənlinin bacısı oğlu: "Dərslərimi almaq əmri verilmişdi" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmil Həsənlinin Bakı Dövlət Universitetində işləyən bacısı oğlu Nəsimi Rzayev işdən çıxarılması ilə bağlı düdən yayılan xəbərlərə aydınlıq gətirib.

O moderator.az saytına açıqlamasında prorektorun onunla profilaktik söhbət apardığını deyib: “Dünən prorektor məni yanına çağırdı. Məndən öncə də prorektor kafedra müdirimi çağırıb dərslərimi almaq əmri vermişdi. Sonra mən prorektorla görüşdüm, onlar mənim hansısa səbəblərə görə rəhbərlikdən xahiş edib üzr istəməyimi gözləyirdilər. Ən azından kafedra müdirinin danışıqlarından belə anladım. Prorektor mənə universitet ailəsinə zidd olan davranışlarımın olduğunu, universitetə başaşağılığı gətirən söhbətlər etdiyimi dedi. Guya mən hökumət əleyhinə fikirlər səsləndirmişəm. Bir daha davranışlarımın təkrarlanmayacağı barədə söz verməyimi gözləyirdilər. Təbii ki, mən  bunların heç birini etmədim. Əslində, mənə qarşı bu addımı çoxdan gözləyirdim. Hətta “prorektor səni çağırır” sözünü eşidəndə “hələ bir az gecikiblər” dedim. Yəni Cəmil Həsənlinin qohumu olmağımın burda başlıca faktor olduğu açıq-aşkar görünür”.

Qaynar.info