
“Cəmil Həsənlinin Milli Şuradakı statusunu müəyyənləşdirməliyik”.
Bu sözləri Anspress-ə Milli Şuranın qurucularından olan Eldar Namazov söyləyib. Onun sözlərinə görə, bu gün Milli Şuranın sessiyası keçiriləcək. E.Namazovun fikrincə, Cəmil Həsənli seçki kampaniyası zamanı yaxşı fəaliyyət göstərdiyi üçün onun Milli Şuradakı statusuda artırılmalıdır.
Rüstəm İbrahimbəyovun Milli Şuradakı yerinə Cəmil Həsənlinin gətirləcəyi ilə bağlı suala isə E.Namazov belə cavab verib: “Hər ikisi savadlı, ziyalı olan Rüstəm İbrahimbəyov və Cəmil Həsənlinin savadından birgə istifadə etməliyik”. Eldar Namazov məsələ ilə əlaqədar Milli şuranın iclaslarında və sessiyalarında müzakirələrin gedəcəyini də söyləyib.
Sessiyada artıq MŞ-dən istefa verdiklərini açıqlayan keçmiş spiker Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva ilə yanaşı bir sıra başqa şəxslərin də Milli Şura üzvlüyündən kənarlaşdırılması kimi məsələlərin də müzakirə edilməsi gözlənilir.
Qaynar.info