Xəbər lenti

Cəmil Quliyev kollektivə təqdim olundu
Ölkə13:23 23.04.2013

Cəmil Quliyev kollektivə təqdim olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Cəmil Quliyev aprelin 23-də kollektivə təqdim olunub. 

“Media forum” saytı xəbər verir ki, təqdimat mərasimi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iştirakı ilə keçirilib.

Cəmil Quliyev vəzifəsinin icrasına başlayıb.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında baş direktor seçilən Cəmil Quliyevin 50 yaşı var. O, indiki postuna “Mədəniyyət” kanalının baş direktoru vəzifəsindən gəlib.

Qaynar.info