
İctimai Televizia və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi həyata keçirilib.
İctimai Televiziyanın “Yeni gün” departamentində department rəhbəri Səidə İbrahimli tutduğu vəzifədən azad edilib.
İTV-dən Qaynar.info-ya verilən məlumata görə, kanalın “Yeni gün” departamentində departament rəhbəri Səidə İbrahimli "Carçıfilm"in baş direktoru təyin edilib.
"Carçıfilm"in indiki baş direktoru Rauf Rəcəbov isə Səhər Proqramları Departamentinə təyin olunub.
Həmçinin, İTV-nin Operatorlar şöbəsinin rəis müavini Kamran Mehdiyev də işdən azad olunub.
Qaynar.info