Xəbər lenti

Çempionlar Liqasının oyunları İTV-də yayımlanacaq
İdman07:51 14.02.2023

Çempionlar Liqasının oyunları İTV-də yayımlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, bu, "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.
Bu raundlarda keçirilən və "CBC Sport"da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.
İlk olaraq bu gecə saat 00:00-da "Milan" - "Tottenhem" qarşılaşması təqdim ediləcək.