Xəbər lenti

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rüşvət QALMAQALI
Ölkə09:47 15.05.2014

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rüşvət QALMAQALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kapitanı kursantların valideynlərindən rüşvət tələb edib. 

Bu haqda Qaynar.info-ya Qərib Məmmədov adlı vətəndaş məlumat verib.

Onun sözlərinə görə, 3-cü bölüyün 3-cü tağımının komandiri Orxan Hüseynov ondan və bir neçə valideyindən külli miqdarda rüşvət alıb. Bəzi valideyinlərdən isə pul ala bilmədikdə onların övladlarını hərbi məktəbdən qovacağı ilə hədələyib. 

O bildirib ki, Orxan Hüseynovla bu məsələni bir neçə dəfə müzakirə ediblər və imkansız olduqlarını xatırladıblar. Amma Orxan Hüseynov onların dediklərinə əhəmiyyət verməyib. Bu hal bir neçə dəfə təkrar olunub. 

Qərib Məmmədovun sözlərinə görə, Orxan Hüseynovla telefonda bir neçə dəfə bu haqda danışıblar. Hərbi prokurorluğa da bu haqda məlumat verilib. Bu günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq. 

Şikayətçi müdafiə naziri general Zakir Həsənovdan da məsələni diqqətdə saxlamağı xahiş edib.

Orxan Hüseynov isə Qaynar.info-ya məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, bu ittihamlarla razılaşmayaraq bunları şər-böhtan adlandırıb: "Bu mənə qarşı atılmış böhandır. Onun uşağı ali məktəbdən qeyri-kafi aldığına görə qovulub. Bununla bağlı əmr də verilib. Amma indi məndən şikayət edir. Mən heç kimdən rüşvət almamışam". 

Özünü tələbələrin valideynləri kmi təqdim edən Nüsrət Məmmədov və Rauf Abbasov isə Qaynar.info-ya əlaqə saxlayaraq adıçəkilən zabitlə bağlı heç bir şikayətlərinin olmadıqlarını bildirdilər: "Övladlarımız bizə zəng edib dedilər ki, sizinlə əlaqə saxlayaq. Bizim o zabitlə bağlı şikayətimiz yoxdur. Xahiş edirik ki, şikayətçilər ümumi valideynlərinin adından danışmasınlar. Biz o zabitin fəaliyyətindən razıyıq. Xahiş edirik fikirlərimizi dərc edin". 

Digər bir valideyn Akif Quliyevin müraciəti isə maraqlı oldu. Həmin müraciəti təqdim edirik: "Hüseynov Orxan gözəl insan və savadlı zabitdir. Allah onu hərbi üçün yaradıb. Ona görə də Azərbaycan valideyninə şər, böhtan atan hər bir vətəndaş məhkəmə qarşısında cavab verməlidir".

Qeyd edək ki, şikayətçi Qərib Məmmədov valideynlərin dediklərini zabitin təşkil etdiyini deyir. O hesab edir ki, zabit bunu özünü müdafiə etmək üçün edir. 

Vətəndaş həmçinin bildirib ki, məsələ ilə bağlı Hərbi Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna, Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova da rəsmi müraciət edib. Hətta bununla bağlı Bakı şəhər Hərbi Prokurorluqda şahid qismində ifadə də verib. 

Qaynar.info