Xəbər lenti

CƏNNƏT, YA CƏHƏNNƏM?
Ölkə11:13 18.04.2013

CƏNNƏT, YA CƏHƏNNƏM?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

Keçən ilin yayı idi. Bakının dözülməz bürküsündənçıxıb cənnət ətirli Şamaxını görəndə ruhum təzələndi. Təbiəti ilə həmişəməni məftun edən Şamaxı başına gələn uzunqulaq olayından sonradilə-dişə düşsə də, öz qürurunu sındırmadı. Yenə də dağlar qoynundadimdik dayanıb gələnini qarşılayıb, gedənini yola salırdı. Küçələrindəaparılan anlaşılmaz, müəmmalı və ürəkağrıdan qazıntılara da fikirvermirdi. Baxmayaraq ki, kanalizasiya adı ilə bağrını şıramlayıbqoyumuşdular yerə. Ab-havadan onu anladım ki, bu uzunqulaq əhvalatı birdaha şamaxılıların adlarına və şərəflərinə toz qondurmayacaq qədərcəsarətli olduqlarını, sözü bir yerə qoydularsa, istədiklərini edəbiləcəklərini sübut edib.

Gecənin yarısı Şamaxıdan Çuxuryurdaqalxanda üz-gözümə dəyən mehin sərinliyi məni çaşdırdı, qar təmizliyi vəsərinliyi üşütdü. Bir anlıq yay fəslini yaşadığımı unutdum. Bakı üçündəli-divanə olsam da, yayın bu cırhacırında heç Bakıya qayıtmaqistəməzdim, təbii ki, maqnit kimi məni Bakıya çəkən qüvvələrolmasaydı...

Çuxuryurd gecə o qədər sakit idi ki, “qu” desən,qulaq tutulardı. Arada külək çalğı səsi gətirirdi. Hardasa toy var idi,yəqin. Gecənin qaranlığında uzaqdan sıra ilə səliqəli şəkildə sayrışanişıqlar diqqətimi çəkdi.

-    İşıqlar necə sıra ilə düzülüb...möhtəşəmdir!
-    Prezidentin iqamətgahıdır...

Köksümü ötürdüm...

Yatmağaməcbur idim. Çox gec idi. Evimizdəkindən fərqli olaraq, burada gecəyatanda pəncərəni bağladım. Üstümə də mələfə yox, qalın odeyal örtübyatdım. Neçə ayda ilk dəfə şirin yuxunun nə olduğunu daddım.

Səhəryuxudan duran kimi həyətə çıxdım. Kənd yerinin səhəri bir başqa olur.Səhər mehi üz-gözümü yaladı. Gözlərimin önündən qara pərdə götürüldü,bu, gecə gördüyüm Çuxuryurd deyildi. Dörd bir tərəfdən yamyaşıl dağlarmehriban-mehriban qollarını açmışdı. Hansı tərəfə dönüb baxırdımsa,yaşıl örtüklü, gülümsəyən dağları görürdüm. Sanki ayağımın altına yaşılxalı sərilmişdi. Gördüyüm mənzərədən anladım ki, mən bu gecə Çuxuryurdunən hündür yerində yatmışam. Çünki hər yerə yuxarıdan baxırdım. Ancaq nəqədər diqqət etdimsə, prezidentin, işıqları ilə diqqətimi çəkəniqamətgahını görə bilmədim. Sanki ulduzlar kimi gecələr görünüb,gündüzlər qeybə çəkilmişdi.

Acgözülklə havanı ciyərləriməçəkə-çəkə, ilk dəfə işıq görən adam kimi maraq və məhəbbətlə  təbiətingözəlliyini seyr edə-edə Şamaxını tərk edirdim. Dağlar seyrəldikcə başadüşürdüm ki,  Şamaxıdan uzaqlaşıram. Dayana bilməyib özü-özümə dedim:

- İlahi! Necə gözəldir Şamaxı?! Dağlar Allahın möcüzəsidir, şükür yaratdığına!
Elə bu vaxt bütün gördüyüm gözəllikləri gözümdən tökdülər...

-    Qiyamət günü bu dağlar qum kimi ələnəcək.

-    Elə deməyin də. Deyin, Allah bu gözəllikləri bizim üçün yaradıb!

***     
                     
Onu sevmişəm, bütün qəlbimlə, heç nə ummadan. Sevgimin əvəzində heç birmükafat-filan istəmədən. Ümumiyyətlə, sevgidə təmənna olmamalıdır,məncə. O ki, qala Ona olan sevgidə. Heç harada axtarmamışam, surətinitəsvir etməmişəm. Qorxmaq ağlıma da gəlməyib. Bəlkə də, dinə görəAllahdan qorxmamaq küfrdür, ancaq mən sevdiyimdən qorxa, qorxduğumu sevəbilmirəm. Qorxu sevməyə imkan vermir. Hansısa günahı etməkdən Ondanqorxduğuma görə yox, çəkindiyimə görə çəkinmişəm. Hansısa günahıetdikdən sonra utanmışam, başımı qaldırıb üzümə baxa bilməmişəm. Güzgüdəbelə gözlərimdən qaçmışam. Çünki gözlərimdən baxdığını hiss etmişəm. O,mənim içimdəki Vicdandır. Dəfələrlə qəzanın-bəlanın ağzından çıxmışam,sevindiyimdən ağlamışam ki, O da məni sevir demək.

Getdikcəanladım ki, Onun sevgisini kimsəyə anlatmaq, kimsə ilə bölüşmək,haqqında kimsə ilə danışmaqda düz etməmişəm. Hər kəs öz anladığı, özdüşündüyü kimi anlatmağa cəhd edir Allahı. Bu anlatmalar Allah sevgisiilə  mənim arama girdi. Son günlər ruhumun içimdə necə çırpındığını,qəlbimin yerinə sığmadığının şahidiyəm. Rahat ola bilmirəm. Allahınyaratdıqlarının gözəl tərəflərini görməyə, onlardan zövq almağa imkanvermir ətrafımdakı ya cahillər, ya da radikal dindarlar. Özünü Allahsızadlandırmağı şərəf bilənlər onun yoxluğunu sübut etməyə çalışır, obirilər də hər addımda cəhənnəm atəşindən, Allahın cəza tədbirlərindəndanışıb həyatı gözümdə öldürürlər. İndi əvvəlki kimi heç nədən zövq alabilmirəm, çəkdiyim nəfəsi belə günah edirəmmiş kimi haram bilirəm özümə.Yayın istisindən şikayət edə bilmirəm, çünki “cəhənnəm bundan dahabetər olacaq,” – deyib bağrımı yarırlar. Ancaq nə yaxşı ki, az da olsa,Onu içində əridib sevənlər var...

Mən onu sevməyi sevirəm. Çünkimənə örtük yox, örtüyün altındakı maraqlıdır. Allah insanı bütünyaratdıqlarından sonra yaratdı. İnsanı sonra ona görə yaratdı ki, bütünbu gözəlliklərdən zövq alsın. Gözəl olan nə varsa, Ondan gələndir. Oyaradıb deyə sevmək də, elə dönə-dönə Onu sevməkdir. Nəsimi insanıTanrının yerdəki nişanəsi adlandırırdı. İnsanı sevmək Onu sevməkdir.Bəlkə, elə cənnət – sevməkdir!

Sevə-sevə yaşamaq – Onu vəyaratdıqlarını! Mənim üçün cəhənnəm, qorxumun sevgimi boğmasıdır,qorxa-qorxa yaşamaq – Ondan və yaratdıqlarından! “Əgər Allah olmasaydı,insan bu qədər  dəyərli ola bilərdimi? Bu, mənim bu gün bildiyim yeganəsəmimi məsələdir”. (Albert Kamyu)