Xəbər lenti

Cənub bölgəsinə qar yağır - FOTO
Ölkə06:07 25.10.2016

Cənub bölgəsinə qar yağır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır. 

"Report" xəbər verir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.

Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb. 

Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.

Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.

Qaynarinfo.Az