Cənubi Azərbaycanın Xoy şəhərində zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, yanvarın 18-də Xoyda 5,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Təbii fəlakət nəticəsində şəhər 120-yə xəsarət alıb. Ölənlər və dağıntılar barədə məlumat yoxdur.
Xəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 5-də Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt 390 nəfər yaralanmış, 4000-dən artıq evə ziyan dəymişdi, 100-dək ev isə tamamilə dağlmışdı.