Cənubi Koreya parlamenti prezident Yun Seok Yolun həyat yoldaşı ilə bağlı istintaqa başlamaq üçün qanun layihəsini rədd edib. İstintaqı Kim Qun Heni korrupsiya və seçkilərə müdaxilə ilə bağlı yoxlamaq istəyirdi.
Qaynarinfo bu barədə YTN-ə istinadən xəbər verir.
Parlamentin 300 deputatından 198-i istintaqın əleyhinə, 102-si isə lehinə səs verib. Səsvermə üçüncü dəfə baş tutub.
Cənubi Koreya prokurorluğunun məlumatına görə, 2022-ci ilin iyun ayından sentyabr ayına kimi prezidentin həyat yoldaşı Kim Qun Heyə ümumi məbləği 3,9 min dollar olan "Dior" markalı çanta, "Chanel" kosmetikası və alkoqol hədiyyə edilib. Hədiyyələri göndərən keşiş Şo Cae Yonq bunun hökumət siyasəti ilə bağlı məsləhətləşmələr müqabilində rüşvət olduğunu etiraf edib.
Cənubi Koreya prokurorluğu bunda heç bir korrupsiya əlaməti görməyib. Müxalifətdə olan Demokrat Partiyası prokurorların nəticələrini "prezident və onun həyat yoldaşı ilə bağlı faktların ört-basdır edilməsi" adlandırıb. Cənubi Koreya qanunları prezident həyat yoldaşlarına hədiyyə almağı qadağan edir, lakin heç bir məsuliyyət nəzərdə tutmur.
Birinci xanımın araşdırılması üçün səsvermə prezidentin impiçmenti üçün səsvermədən əvvəl keçirilib. Yun Seok Yol Cənubi Koreyada hərbi vəziyyət tətbiq etdikdən sonra məsələnin müzakirəsi yenidən başlayıb. Parlamentdə 108 yerə sahib olan prezidentyönlü Vətəndaş Qüvvəsi Partiyası iclas zalını tərk edib. Lazımi sayda deputat olmadığından səsvermə qeyri-mümkün olub.
Aydın
Şərhlər