Xəbər lenti

Cənubi Koreyada xalq Rusiya və Şimali Koreyaya görə öz nüvə silahına sahib olmaq istəyir - FT
Dünya 18:27 16.07.2024

Cənubi Koreyada xalq Rusiya və Şimali Koreyaya görə öz nüvə silahına sahib olmaq istəyir - FT

Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsi və Donald Trampın ABŞ-da hakimiyyətə gözlənilən qayıdışı fonunda Cənubi Koreyada öz nüvə silahının yaradılmasına ictimai dəstək artır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Bu yaxınlarda keçirilən sorğuda Cənubi Koreyalıların 66%-nin öz ordusunun arsenalına nüvə silahının daxil edilməsini dəstəklədiyi və ya qəti dəstəklədiyi məlum olub. Bu, ötən illə müqayisədə 6 faiz bəndi çoxdur.

"Cənubi Koreyanın öz nüvə silahına sahib olması üçün dəstək genişlənir və güclənir. Nə hökumət, nə də iki əsas partiyadan heç biri bunu siyasət məsələsi kimi qəbul etmir, lakin variantı müzakirə etmək çağırışları əlbəttə ki, daha yüksək səslənir", deyə koreyalı analitik Sanqsin Li bildirib.

"Financial Times" qeyd edir ki, Cənubi Koreyalılar Şimali Koreyanın nüvə silahı və ballistik raketlərin hazırlanmasında irəliləyişindən, həmçinin Pxenyanın Moskva ilə əməkdaşlığından və Donald Trampın ABŞ-Cənubi Koreya alyansına açıq düşmənçiliyindən narahatdırlar.

Cənubi Koreyanın baş naziri Han Dak-soo iyun ayında bildirib ki, ölkə hazırda öz nüvə silahını inkişaf etdirməyi düşünmür. Lakin 2027-ci ildə prezident postuna mümkün namizəd olan Seulun mühafizəkar meri Oh Se Hoon əksinə, nüvə silahı ideyasını dəstəkləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->