Xəbər lenti

Dünya 11:50 09.05.2022

Cənubi Osetiyada Rusiya tərkibinə qatılmağı istəməyən namizəd qalib gəldi

Cənubi Osetiyada keçirilən prezident seçkilərinin qalibi "Nıxas" partiyasının lideri Alan Qaqloyev elan edilib.
 
Qaynarinfo xəbər verir ki, Respublika MSK-nın məlumatına görə, protokolların 18%-nin hesablanmasından sonra Qaqloyev 59%-dən çox səslə öndədir. Bibilov 37% səs toplayıb.

Hazırkı dövlət başçısı Anatoli Bibilov məğlubiyyətini etiraf edib və rəqibinə uğurlu iş arzulayıb.

"Mən həqiqətən ümid edirəm ki, hər şey onun xeyrinə olacaq", - "İnterfaks" onun sözlərindən sitat gətirib.

Əvvəllər müşahidəçilər qeyd edirdilər ki, Qaqloyev Bibilovdan fərqli olaraq millətçidir və respublikanın Rusiya Federasiyasına qoşulması ideyasını dəstəkləmir.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?