Xəbər lenti

Cərimə faizləri necə hesablanır? – VİDEO
Ölkə19:59 22.11.2016

Cərimə faizləri necə hesablanır? – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əksər sürücü yol polisi tərəfindən yazılan və ödənilməyən cərimələr üçün faizlərin hesablanma qaydasından xəbərsizdir. Mütəxəssislər bildirirlər ki, belə cərimələrə faizlər protokol tərtib edildiyi gündən bir ay sonra hesablanmağa başlayır və əlavə dəbbə pulu iki ay müddətinə hesablanır. 

Sürücü cəriməni beş gün ərzində ödəsə 10 faizlik güzəşt tətbiq edilir. 

Əgər sürücü bütün tədbirlərə baxmayaraq cəriməni ödəməkdən boyun qaçırırsa bu zaman o məhkəməyə verilir və cərimənin icra orqanları vasitəsi ilə ödənməsi təmin olunur. 

Bəzi sürücülərə elektron avadanlıqlar vasitəsi ilə protokol tərtib edilsə də, onlar bundan xəbərsiz olurlar. Bununla bağlı qanunda deyilir ki, hətta elektron protokollar da sürücüyə kağız formada təqdim edilməlidir. Polis belə protokolu, evə və yaxud iş yerinə məktub göndərməklə və ya yolda saxlanılan zaman sürücüyə təqdim edə bilər. Bu zaman isə sürücüyə 10 gün şikayət hüququ verilir, növbəti 10 gündən sonra isə qərar qüvvəyə minmiş hesab olunur.

Qaynarinfo.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Qaynarinfo.Az