Xəbər lenti

Cərimə meydançasında 4 maşın yandı - Bakıda
Ölkə06:31 31.05.2016

Cərimə meydançasında 4 maşın yandı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler” markalı minik avtomobilinin yanar hissələri, “Mercedes” minik avtomobilinin sağ hissəsi, “Mitsubishi” markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, “Ford” markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.az