Xəbər lenti

Cəsədi tapılan neftçinin kimliyi məlum oldu
Ölkə10:34 07.04.2016

Cəsədi tapılan neftçinin kimliyi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
Qaynar.info Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.
"O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik" SOCAR-dan qeyd olunub.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. 
Qaynar.info