Çexiya Müdafiə Nazirliyinin rəhbəri Yana Çernoxova Ukrayna və Polşanı münasibətlərdə gərginliyin artmasında çəkinməyə və onları bir-birini bağışlamağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çernoxova "X” səhifəsində
yazıb.
Çernoxova bildirib ki, Polşa onun ikinci vətənidir, ona görə də polyakların mentalitetini yaxşı bilir.
"Qürurlu, mübariz və cəsur insanlardır, onlar heç kimə üstlərinə qışqırmağa və onlara əmr verməyə imkan vermirlər. Bu, tarix tərəfindən təsdiqlənmiş postulatdır. Ukrayna prezidentinin Polşaya ünvanladığı bugünkü bəyanat, bağışlayın, çox təəssüfləndiricidir", - deyə o qeyd edib.
"Daha da pisi odur ki, çərşənbə axşamı Ukrayna da taxılla bağlı Polşa, Slovakiya və Macarıstana qarşı ÜTT-yə şikayət edib.
İlk iki ölkə seçkilərin son mərhələsindədir və onların vətəndaşları üçün il yarım ərzində öz ölkələrinə qarşı ÜTT-yə şikayət edən ölkəyə həqiqətən intensiv kömək etdiklərini izah etmək çətin olacaq... və üstəgəl prezident onları BMT-də açıq şəkildə danlayır. Bunu seçicilərə izah etmək çox çətindir”, - deyə Çexiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Bununla bağlı o qeyd edib ki, tərəflər "qürurlarını bir kənara qoymalı, danışıqlar masası arxasına əyləşməli, üzr istəməli, nəfəs dərib, irəli getməlidirlər”.
"Bu, tezliklə baş verməlidir. Mən bütün tərəflərdən bunu etmələrini xahiş edirəm. Əgər bu baş verməsə, hamımız uduzacağıq", - Çernoxova vurğulayıb.
Xatırladaq ki, Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Varşava hazırda öz ordusunu yenidən silahlandırmaq üzərində cəmlənib və buna görə də Kiyevə hərbi yardım göstərməyəcək.
Bu bəyanat Polşanın Ukraynanın kənd təsərrüfatı məhsullarına birtərəfli qaydada məhdudiyyətləri və Ukraynanın cavab tədbirləri ilə bağlı Varşava və Kiyev arasında yaranmış gərginlik fonunda səslənib.
Polşa prezidenti Andjey Duda daha sonra Moravetskinin sözlərinin yanlış şərh edildiyinə aydınlıq gətirib.
Nizami Bağırov
Şərhlər