Çexiyada xanımını xilas edərkən boğulan soydaşımızın atası: “Pula ehtiyacımız yoxdur” (FOTO/VİDEO)
"Mediada yayılan məlumatlar yalandır. Bizim övladımızın nəşini gətirmək üçün pula ehtiyacımız yoxdur”.
Qaynarinfo xəbər veriri ki, bu sözləri Oxu.Az-a açıqlamasında Sərkər Almasovun atası Əsgər Almasov deyib.
O bildirib ki, həmin kampaniya oğlunun dostları tərəfindən sadəcə mənəvi dəstək üçün başladılıb:
"Biz onun oradakı dostları ilə əlaqə saxladıq ki, nə qədər vəsait lazımdırsa, göndərək. Onlar isə, "hər şeyi biz özümüz edəcəyik, xahiş edirik, bu işə qarışmayın, nəşi göndərəcəyik, bu, bizim borcumuzdur, siz arxayın olun”, - dedilər. Yəni həyat yoldaşının imkansızlıqdan kampaniya başlatdığı iddiası yalandır. Xaricdə belə şeylər adətdir, pula ehtiyac yoxdur. Bizim saytlar isə yazır ki, ailənin pula ehtiyacı var. Biz belə şeyləri görüb çox pis olduq. Oğlum həyat yoldaşı ilə iki il əvvəl, 28 avqustda nikaha daxil olub, bir il əvvəl isə toyları olub. Hadisənin baş verdiyi gün də evlilik ildönümlərini qeyd edirmişlər. İtaliya saatı ilə 4-də bu hadisə baş verib. Sentyabrın 2-si saat 10 civarında isə tapıblar”.
Qeyd edək ki, Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almasov avqustun 28-də İtaliyada bədbəxt hadisə nəticəsində vəfat edib.
Belə ki, həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almasov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb. Mediada isə həyat yoldaşı Helenanın Sərkərin cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə topladığı yazılıb.
11:02
Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub.
Qaynarinfo azxeber.com-a istinadla xəbər verir ki, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayələyib.
Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub.
Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir.
Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb.
Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər