Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.
O, artıq vəzifəsinin icrasına başlayıb.
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.
O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.
Şərhlər