Xəbər lenti

Ceyhun Bayramov "Son zəng"in onlayn keçirilməsini təklif etdi
Ölkə14:04 27.04.2020

Ceyhun Bayramov "Son zəng"in onlayn keçirilməsini təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var. Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar".
Qaynarinfo "Report"a isinadən xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər.