Xəbər lenti

Ceyhun Bayramov: “Türkiyə ilə Azərbaycanın hələ gedəcək yolu, nail olacağı məqsədləri var”
Ölkə16:30 08.08.2022

Ceyhun Bayramov: “Türkiyə ilə Azərbaycanın hələ gedəcək yolu, nail olacağı məqsədləri var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir.
Qaynarinfo xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi. Nazir əlavə edib ki, iki ölkənin hələ gedəcək yolu, nail olacağı məqsədləri var.