Xəbər lenti

Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu
Ölkə23:35 19.06.2025

Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.
"Qafqazinfo”nun məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.