Xəbər lenti

Ceyhun Osmanlı Xədicə İsmayılın audio yazısını istintaqa verdi - FOTO
Ölkə18:31 19.02.2014

Ceyhun Osmanlı Xədicə İsmayılın audio yazısını istintaqa verdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün bundan əvvəl hüquq müdafiəçisi Eynulla Fətullayevin yazdığı materialda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçin Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıl arasında olan danışıq zamanı jurnalistin ABŞ diplomatlarına gizli siyahı ötürdüyünü iddia edib.

Qaynar.info xəbər verir ki, Eynulla Fətullayevin yazısında qeyd olunurdu ki, hüquq müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılın da iştirak etdiyi həmin görüşdə Xədicə İsmayıl ABŞ diplomatlarına Azərbaycan müxalifətində və müxtəlif media qurumlarında təmsil olunan, amma hakimiyyətə bağlı olan bir çox adamın siyahısını verib.

E. Fətullayevin yaydığı materiallda X. İsmayılın hazırladığını iddia etdiyi siyahını təqdim etmişdi. Lakin X. İsmayıl bildirmişdi ki, Eynulla Fətullayevin yaydığı material həqiqəti əks etdirmir və o heç kimə siyahı təqdim etməyib. Xanım İsmayılova yazı ilə bağlı Facebook sosial şəbəkəsində paylaşdığı statusunda həmçinin qeyd etmişdi ki, həmin görüş olan vaxt millət vəkili Ceyhun Osmanlı da yan masaların birində oturubmuş. X. İsmayılova iddia edir ki, yəqin Ceyhun Osmanlı belə bir görüşün olduğunu görüb və mediaya yalandan məlumat sızdırıb ki, İsmayılova ABŞ diplomatlarına siyahı təqdim edib.

Bu gün Ceyhun Osmanlı məsələ ilə bağlı fikilərini paylaşıb. Ceyhun Osmanlı həmin görüş keçirilən vaxt restoranda olduğunu təsdiqləməklə yanaşı bildirib ki, o Xədicə İsmayılın görüş vaxtı dediyi bütün sözləri qeydə alıb və həmin görüşün audio yazısını bu gün prokurorluğa təqdim edib.

C. Osmanlının fikirlərini olduğu kimi aşağıdakı fotodan oxumaq olar:


Qaynar.info