Xəbər lenti

Ceyranbatan yolunun aqibəti: Nə vaxt istifadəyə veriləcək?- Açıqlama
Ölkə08:46 23.01.2017

Ceyranbatan yolunun aqibəti: Nə vaxt istifadəyə veriləcək?- Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Quba yolunun Ceyranbatan ərzaisindən keçən  hissəsi uzun müddətdir ki, təmirə dayanıb. Birzolaqlı hərəkət və bu yola yardımçı yolların birləşməsi səhər və axşam burada saatlarla tıxacın yaranmasına səbəb olur. Yolun təmirinin yavar ayında yekunlaşacağı deyilsə də nəticə yoxdur.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun tamamlanması yaxın müddət ərzində yekunlaşacaq:

"Sadəcə hava şəraiti ilə əlaqəli ləngimələr var. Torpaq işləri yekunlaşıb. Həmin yola monolit beton tökülməlidi. Betonun tökülməsi üçün isti hava şəraiti uyğundur.  Buna görə də hava normallaşan kimi işlər tamamlanıb, yol istifadəyə veriləcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az