
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməmiş, əsasən məhkəmə qərarları ilə bağlı şikayətlər səsləndiriblər. Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.