Xəbər lenti

Çimərliklərdə 24 dərəcə isti olacaq
Ölkə 18:50 20.06.2026

Çimərliklərdə 24 dərəcə isti olacaq

İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir:

"Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq”.
--> -->