"Si Szinpinin G20-in sammitinə qatılmaması Hindistanla olan gərginlik və onun ABŞ prezidentilə üz-üzə gəlmək istəməməsilə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlmasında politoloq Əlimusa İbrahimov Hindistanda keçiriləcək G20 sammitinə Çin lideri Si Szinpinin iştirak etməmək qərarını şərh edərkən deyib:
"Pekinin verdiyi informasiyaya görə, Çin liderinin G20 sammitində iştirak etməməsinin səbəbi iş qrafikinin çox olması və əvvəlcədən razılaşdırılmış qrafiklə əlaqədardır. Amma bu heç də əsas səbəb deyil. Əsas səbəb başqadır. Çin lideri ölkəsinin Hindistanla olan problemlərinin son zamanlar daha da güclənməsinin üzə çıxmasını istəmədiyindən həmin tədbirə getmir. Düşünür ki, indiki halda onun Hindistana getməsi iki ölkə arasındakı vəziyyəti bir qədər də gərginləşdirə bilər.
Digər tərəfdən, Çin lideri ola bilsin ki, ABŞ prezidenti Co Baydenlə üz-üzə gəlmək istəmir. Buna baxmayaraq, Çin Hindistan sammitində baş naziri səviyyəsində təmsil olunacaq”.
Qeyd edək ki, sentyabrın 9-10-da Hindistanda G20-lərin növbəti sammiti keçiriləcək. Lakin Çin rəsmilərinin məlumatına görə, bu ölkənin rəhbəri Si Szinpin həmin tədbirdə iştirak etməyəcək.
Rüfət Sultan
Şərhlər