
Noyabrın 25-də Qaynarinfo.Az saytında "Polis keçmiş idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir" başlıqlı, 28 noyabr tarixində isə "Cinayətkar idmançı dəstəni kimlər müdafiə edir?" yazılar dərc olunmuşdu.
Hər iki yazıda bildirilirdi ki, Rza Xəlilov başçılıq etdiyi mütəşəkkil dəstə ilə Binəqədi yolu, “Vel” adlı avtoservisdə işləyən motorist Balayev Xəqanini vəhşicəsinə döyüb. Nəticədə Balayev Xəqaninin burnu və almacıq sümüyü sınıb, beyninə qan sızıb.
Şikayət məktubunda qeyd olunurdu ki, hadisəni araşdırmaq Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməyib. Məsələ ilə bağlı 4 saylı bölmənin rəis müavininə şikayət edilsə də, o da hər hansı bir qanunauyğun tədbir görməkdən imtina etmişdir.
Zərərçəkmişin qardaşı Kəlbəcər rayonu Mərcimək kəndindən məcburi köçkün, hazırda Abşeron rayonu Pirəküşkül yaşayış massivində yaşayan Balayev Elnur Qüvvəd oğlu Qaynarinfo.Az saytı vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova şikayət məktubu göndərib.
Həmin ərizəni olduğu kimi təqdim edirik:
Cənab Nazir! Sizə məlum edirəm ki, qardaşım Balayev Xəqani Qüvvəd oğlu Bakı şəhəri, Binəqədi yolu, “Vel” adlı avtoservisdə motorist işləyir. 20 noyabr 2016-cı il tarixdə axşam radələrində qardaşım işlədiyi servisin qarşısında 3 nəfər şəxs tərəfindən vəhşicəsinə döyülüb. Döyülmə nəticəsində qardaşımın burunu və almacıq sümüyü sınıb, beyninə qan sızıb. Həmin axşam Xəqani 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda da Xəqani xəstəxanadadır, onun vəziyyəti ağır olaraq qalır, yaxınları daxil olmaqla heç kimi tanımır. Xəqaninin 3 nəfər tərəfindən döyüməsinin şahidləri avtoservisdə işləyən Bəhruz və Aslan adlı şəxslər olub. Onlar Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətti”nə hadisə barədə dərhal məlumat veriblər. Xəqaninin vəhşicəsinə döyülməsinə rəıhbərlik edənlərdən biri keçmiş idmançı Xəlilov Rza Rəşid oğlu olub. Onlar hadisə yerinə “Mercedes” markalı 99 DH 636 saylı dövlət nömrə nişanı olan avtomobldə gəliblər. Hadisə ilə bağlı araşdırma aparmaq və cinayətkarları məsuliyyətə cəlb etmək Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 3 gün keməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməmişdir. Üstəlik, noyabrın 23-də zərərçəkmiş Xəqani Balayevin qohumlarına Xəlilov Rza Rəşid oğlunun özünün qohumu olduğunu bildirmiş, bununla da bu cinayət hadisəsinin üstünü ört-basdır etməkdə maraqlı olduğunu nümayiş etdirmişdir.
Cənab Nazir! Sizdən xahiş edirəm ki, bu hadisəni şəxsi nəzarətinizə götürərək, qardaşım Xəqani Balayevi vəhşicəsinə döyən, onun səhhətinə ağır xəsarətlər yetirən Xəlilov Rza Rəşid oğlu və başqalarının cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəsiniz.
Hörmətlə,
Balayev Elnur Qüvvəd oğlu
29 noyabr 2016
əlaqə tel.: 050 734 70 79
Aydın Mirzə
Qaynarinfo.Az