Xəbər lenti

Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü
Ölkə09:55 25.12.2024

Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkidə cinayətkarlığı təbliğ edən şəxsin avtomat gizlətməsi məlum olub.
Qaynarinfo DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Şəki ŞRPŞ-nin keçirdiyi tədbirlərlə əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.
Ondan "Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını  və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.