Xəbər lenti

Çinin məhdudiyyətləri Rusiyaya dronların tədarükündə fasilələrə səbəb oldu
Dünya 19:55 18.09.2023

Çinin məhdudiyyətləri Rusiyaya dronların tədarükündə fasilələrə səbəb oldu

Çin hakimiyyəti tərəfindən dronların ixracına qoyulan məhdudiyyətlər onların Rusiyaya çatdırılmasını ciddi şəkildə çətinləşdirib və komponentlərin çatışmazlığına səbəb olub. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, satıcılar paralel idxal qurmağa çalışırlar, lakin problemlərlə üzləşirlər .

2023-cü il sentyabrın 1-dən Çin 4 kq və ya daha çox çəkisi olan və ya maksimum uçuş çəkisi 7 kq olan, uçuş müddəti 30 dəqiqədən çox olan PUA-ların ixracını iki il müddətinə məhdudlaşdırıb. Bundan sonra komponentlərin və cihazların Rusiyaya tədarükü qeyri-müəyyən müddətə dayandırılıb. "Kommersant” qeyd edir ki, bəzi dron növləri üçün ölkədə artıq çatışmazlıq var.

"Kommersant"ın həmsöhbətləri əmin etdilər ki, Rusiyanın iri dron istehsalçıları ehtiyat hissələri ehtiyatı yaratmağa müvəffəq olublar və ümid edirlər ki, onların Çindəki tədarükçüləri Rusiya Federasiyasına ixrac üçün lisenziya və gömrük xidmətindən icazə ala biləcəklər (onlar altı ay müddətinə verilir və uzadıla bilir). Belə icazələrin alınması bir ilə qədər çəkə bilər. Həmçinin pilotsuz uçuş aparatın hərbi məqsədlər üçün istifadə olunmayacağını sübut etmək və son alıcı haqqında məlumat vermək lazımdır.

Çinli ixracatçı lisenziya tələblərini pozarsa, inzibati, qəsdən pozulduqda isə cinayət məsuliyyəti daşıyır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->