Xəbər lenti

Cinsi azlıqlar Bakıda aksiya keçirdi
Ölkə17:25 13.06.2016

Cinsi azlıqlar Bakıda aksiya keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə aksiya iştirakçısı LGTB bayrağına bürünüb.

Bazar ertəsi, iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.

Qaynarinfo.az Turan agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Amerikanın Orlando şəhərində Əfqanıstan əsilli şəxsin 50 gey və lesbiyanı qətlə yetirdiyi terror aktının qurbanlarına dəstək ifadə ediblər.

Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər. 

Qaynarinfo.az