Xəbər lenti

Çobanlar arasında mübahisə qanla bitdi
Ölkə 17:23 15.06.2026

Çobanlar arasında mübahisə qanla bitdi

 
Ağdam rayonunda çobanlar arasında baş verən mübahisə ağır nəticələrlə yekunlaşıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

İlkin məlumata görə, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə zamanı rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngi ilə atəş açıb.

Nəticədə Rövşən Şirinov qol nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Məlumata görə, hadisədən sonra Elşad Gözəlovun da meyiti tapılıb
Faktla bağlı cinayət işi başlanılıb. 
--> -->