Xəbər lenti

Cocuq Mərcanlı minalanıb - RƏSMİ
Ölkə14:12 11.03.2017

Cocuq Mərcanlı minalanıb - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cocuq Mərcanlı kəndinə məxsus əkin sahələrində minalı ərazi aşkar edib.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, hazırda tikinti işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinə ilkin baxış keçirilən zaman müəyyən olunub ki, düşmən hərbiçiləri kəndi nəzarət altında saxladıqları vaxt, ərazidə piyada və tank əleyhinə müxtəlif minalar basdırıblar. ANAMA əməliyyatçıları kəndin yaxınlığında işğalçı erməni ordusunun basdırdığı minalarla dolu həmin ərazini müəyyən edərək ərazidə təmizləmə işlərinə başlayıblar.
Məlumat üçün bildirək ki, Cocuq Mərcanlı kəndinin yaşayış evləri olan ərazisi 37 hektar, kəndin əkin və otlaq sahəsi olan ərazisi isə 280 hektardır. Həmin ərazinin də xeyli hissəsi artıq mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Qaynar.Az