
Cocuq Mərcanlıda tikinti işlərinin ikinci mərhələsi başlayıb.
"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, 100 evin bünövrəsinin qazıntısına start verilib.
Qızğın işlərin getdiyi Cocuq Mərcanlı kəndində yaradılmış yeni şəraitdə 50 ailənin yaşayış evi tam hazır olandan sonra növbəti mərhələ üçün işlər aparılır. İnşaat işlərinə 20-yə yaxın texnika və 100-dən çox işçi cəlb edilib.
Evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si isə dördotaqlı olacaq. Qəsəbədə, həmçinin yaşıllıqlar salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Artıq indidən kəndə köçmək üçün müraciətlər də var.
Qəsəbədə bünövrələrin qazılması işləri başa çatmaq üzrədir. Artıq bir sıra evlərin və ictimai binaların bünövrəsinin qoyulmasına və hörgü işlərinə başlanılıb.
Qeyd edək ki, tikinti işləri başa catdıqdan sonra yeni salınan qəsəbə elektirik enerjisi, təbi qaz və icməli su təmin ediləcək.
Qaynarinfo.Az