Bakıda çörəyin içindən bolt çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev sosial şəbəkədə məlumat verib.
Məlumatda bildirilir ki, həmin çörək "Çörəkçi” şirkətinin istehsalı olub və "Almarket” mağazalar şəbəkəsindən alınıb.
Məsələ ilə bağlı "Çörəkçi” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, hazırda bu fakt üzrə araşdırmaya başlanılıb.
Bahar Rüstəmli