Xəbər lenti

Con Kerri Əliyevlə Sərkisyana niyə zəng edib?
Ölkə07:15 26.04.2016

Con Kerri Əliyevlə Sərkisyana niyə zəng edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“ABŞ dövlət katibi Con Kerri bu gün Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək, İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıb”.

Qaynarinfo.az  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

Onun sözlərinə görə, Kerrinin telefon zəngi gecikmiş zəng olub: “Rusiyalı rəsmilər az qala Bakı və İrəvanda yatıb qalxırlar: Amerikalı rəsmilərin isə indi yadlarına düşüb ki, hərdən Cənubi Qafqazla da maraqlanmaq lazımdır. Barak Obama üçün Cənubi Qafqaz ümumiyyətlə aktual deyil. Kerrinin də zənginin yeganə mənası budur ki, sanki ruslara deyir ki, “buralarda biz də varıq”. Bir azdan Parisdən də zənglərin sayı artacaq”.

Politoloq hesab edir ki, diplomatların telefon zənglərindən yararlanmaq lazımdı: “Danışıqlarda nəticə olmasa da, hər halda amerikalı və fransalı rəsmilərin və diplomatların telefon zənglərindən və bölgəyə gələcək səfərlərindən yararlanmaq lazımdır. Əsas odur ki, rusların təkbaşına vasitəçilik təşəbbüslərinin qarşısı mümkün qədər əngəllənsin”.

Qaynarinfo.az