Məşqçi xorvat yarımmüdafiəçi Roberto Alvizi əsas komandadan uzaqlaşdırdı
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi komandadan uzaqlaşdırılıb. Qaynar.info-nun klubun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, baş məşqçi Con Toşakın qərarı ilə xorvat yarımmüdafiəçi Robert Alviz klubun nizam-intizam kodeksini pozduğuna görə əsas komandadan uzaqlaşdırılıb.
29 yaşlı futbolçu Roberto Alviz “Xəzər Lənkəran”a qədər "Şibenik" (Xorvatiya, 2003-2005), "Huleneq" (Avstriya, 2005-2006), NK "Medjimurye" (Xorvatiya, 2006-2008), "Flamurtari Vlore" (Albaniya, 2008-2010), "Liezen" (Avstriya, 2010), "Kastrioti" (Albaniya, 2010-2011), "Anagennisi Derinia" (2011-2012) komandalarında çıxış edib.