Xəbər lenti

Dünya 18:47 30.01.2024

Conson: "Rusiyanın işğalından qaçmaq olardı, NATO günahkardır"

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hesab edir ki, NATO-nun Ukraynanı ittifaqa qəbul etmədiyinə görə "dərin institusional günahı” var və qeyd edib ki, alyans öz öhdəliklərini yerinə yetirsəydi, Rusiyanın işğalından qaçmaq olardı.

Qaynarinfo "The Times”a istinadən xəbər verir ki, o, bu barədə BBC-nin "Putin Qərbə qarşı” sənədli filmində bildirib.

"NATO-da dərin institusional günah var. Çünki Alyans dediklərini yerinə yetirsəydi və faktiki olaraq ukraynalıları üzvlük üçün doğru yola salsaydı, belə bir arqument var ki, Putin artıq etdiklərini etməzdi”, - Conson bildirib.

Böyük Britaniyanın keçmiş baş naziri həmçinin qeyd edib ki, uzun müddət NATO-nun kollektiv qeyri-müəyyənliyi "ölümcül” olub - Vladimir Putin düşünüb ki, "əşi, onlar ciddi deyillər”.

"Görürsüz ki, demokratiya geri çəkilir, avtokratiya öz istədiyini əldə edir. Ümid edirəm ki, Ukraynanın işğalı bunun sonunu göstərəcək və Qərb Putinə deyəcək: "Bəsdir. Biz səni yenidən qutuya qaytarırıq”, - Conson bildirib. 

Conson 2022-ci ilin aprelində Kiyevə səfərini xatırladıb və qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı ərazi güzəştləri müqabilində Ukraynaya sülhü məcbur etmək üçün təzyiq ediləcəyindən narahat olduğunu bildirib.

"Mən bunun düzgün kompromis olduğunu düşünmürdüm... Ayağın yarısını qoparan və digər yarısını qoparmağı təklif edən timsahla danışıq aparmaq olmaz”, - Böyük Britaniyanın keçmiş baş naziri vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->