Xəbər lenti

COVİD-19: Vaksinasiyanın prosesə təsiri yoxdur? - Həkimin şərhi
Ölkə09:13 02.07.2021

COVİD-19: Vaksinasiyanın prosesə təsiri yoxdur? - Həkimin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu ölkədə yüksək vaksinasiya olunma fonunda yoluxma sayının artmasını heç də peyvəndlənmənin prosesə təsirinin olmadığı kimi qiymətləndirmək doğru deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında həkim Aydın Əliyev İsraildə əhalinin 85 faizi peyvənd olunsa da, son günlər həmin ölkədə koronavirusa yoluxma sayında artımın baş verməsini vaksinasiyanın müsbət nəticə vermədiyi kimi qələmə verməyin doğru yanaşma olmadığını söyləyərkən deyib. Bu səbəbdən həmsöhbətimiz yüksək vaksinasiya olunması fonunda İsraildə yoluxmada artımın baş verməsini təhlükə kimi dəyərləndirməyin əleyhinədir:  
"İsraildə yoluxmada həqiqətən də artım var. Amma bu artım həmin ölkə üçün elə də ciddi təhlükəli deyil. Ona görə ki, peyvənd olunmaq tək yoluxmanın qarşısını almır. Həm də virusa yoluxanların prosesi peyvəndlənmədən əvvəl olduğu kimi kəskin deyil, yüngül keçirməsinə gətirib çıxarır. Yəni yoluxma sayı artsa da, peyvəndlənmənin yüksək həddi fonunda virusa tutulanlar prosesi əvvəllər olduğu kimi yüngül, soyuqdəymə, qrip şəklində keçirirlər. Bu zaman isə təhlükə olmur. Yüz nəfərdən birində ağırlaşma olar, ya olmaz. Bu da peyvəndlənmənin xidmətidir. Ona görə də İsraildə yüksək vaksinasiya olunma fonunda yoluxma sayının artmasını heç də peyvəndlənmənin prosesə təsirinin olmadığı kimi qiymətləndirmək doğru deyil. Əksinə, peyvəndlənmə olmasaydı, indi daha təhlükəli vəziyyətlə üz-üzə qalardıq”.  
Bu səbəbdən də həmsöhbətimiz peyvəndlənmənin nəticə vermədiyi qənaətinə gəlməyin yersiz olduğunu dedi: 
"Bu vəziyyət bizdə panika yaratmamalıdır. Vaksinasiya çox vacibdir, bu, hələlik yeganə çıxış yoludur”.  
Rüfət Sultan